“Büdcədəki 1.70 manat məzənnəsi başqa məsələdir” | Banco.az

“Büdcədəki 1.70 manat məzənnəsi başqa məsələdir”

Bu gün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Dollar/Manatın məzənnəsinin dəyişə biləcəyinə işarə edib.

Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, 2019-cu ilin büdcə zərfində göstərilən məzənnə proqnozu hesablama məzənnəsidir. Bu məzənnə sosial-iqtisadi, gəlir proqnozlarını hesablamaq üçün götürülür.

2019-cu ilin dövlət büdcə zərfində qeyd edilib ki, növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

“Büdcənin gəlirlərini hesablamaq, digər artımları proqnozlaşdırmaq üçün hesablama məzənnəsi tələb olunur. Amma bu idarəetmə, əməliyyat hədəfi deyil. Sadəcə olaraq sosial-iqtisadi proqnozlar üçün bir məzənnə götürülür. Bu başqa məsələdir",- Elman Rüstəmov deyib.

Marja.az