Bu ilin ilk doqquz ayında xarici ticarət balansında ÜDM-in, təxminən, 19% səviyyəsində müsbət saldo yaranıb.
Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
"Beynəlxalq konyuktur son 3 ayda da Azərbacan üçün əlverişli olaraq qalıb. Ümumilikdə, 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən 38%-ə yaxın artıb. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edir. 9 ayda xarici ticarət balansında ÜDM-in, təxminən, 19% səvyyəsində müsbət saldo yaranıb. Qeyri-neft ixracı illik 13% artıb”, - E.Rüstəmov vurğulayıb.
Report.az