Beynəlxalq kredit reytinqi agentliyi S&P İtaliyanın kredit reytinqini "BBB" səviyyəsində təsdiq edib, proqnozunu isə "sabit"dən "mənfi"yə (neqativə) dəyişib.
Açıqlamada İtaliya hökumətinin iqtisadi və maliyyə siyasətlərinin ölkə iqtisadiyyatının artım gözləntiləri üzərində təzyiq yaratdığı qeyd edilib.
"Bizim fikirimizə görə hökumətin iqtisadi və maliyyə siyasəti qərarları, artan xəzinə istiqraz faizlərinin də işarə etdiyi kimi, investor etibarını azaldıb",- açıqlamada deyilir.
Digər reytinq agentliyi "Moody's" də ötən günlərdə İtaliyanın kredit reytinqini "Baa2"dən "Baa3"ə endirmişdi.