Xaricilərin Azərbaycan banklarındakı əmanətləri artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri artıb

Bu ilin sentyabr ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 123,7 mln. manat və ya 17,4% artaraq oktyabrın 1-nə 835,7 mln. manat təşkil edib.

Artım həm həm xarici, həm də yerli valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin sentyabr ayı ərzində manatla əmanətləri 68,8%, dollarla əmanətləri isə 10,8% artıb.

Oktyabrın 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 699,5 mln. manat və ya 83,7%-i xarici, 136,2 mln. manat və ya 16,3%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il oktyabrın 1-nə əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 199,1 mln. manat təşkil edib ki, bunun da 7 363,5 mln. manatı rezident, 835,7 mln. manatı qeyri-rezidentlərin əmanətləridir. 

Report.az