Tək qida vasitəsi ilə dünyanın ən çox yaşayan adamı Zaro ağa! | Banco.az

Tək qida vasitəsi ilə dünyanın ən çox yaşayan adamı Zaro ağa!

Zaro ağa 177-ci ildə türkiyənin Bitlis vilayətində dünyaya gəlib, 1934-cü ildə isə İstanbulda vəfat edib. Toplamda 20 dəfə evlənib, yaşadığı dövr ərzində I Əbdülhəmid, II Səlim, IV Mustafa, II Mahmud, Əbdülməcid, Əbdüləziz, V Murad, II Əbdülhəmid, V Mehmet Rəşad və Vahdəttin taxta çıxıb və Mustafa Kamal Atatürk prezident olub.  Eyni zamanda 7 müharibə, Kırım döyüşü, Rus döyüşü, Plevne döyüşü, Qafqaz döyüşü, Balkan döyüşü, Birinci dünya müharibəsi və İstiqlal döyüşünün şahidi olub. Zaro Ağa Topxanada kiçik bir evdə yaşayıb, o dövrdə yeməyini erkən saatda yeyərmiş və masanın üzərində yoğurt və ayran mövcud imiş və ancaq onla qidalanıb. Bu vərdişindən 100 il imtina etməyib. Özü deyir ki, uzun ömürlü olmasının tək səbəbidə, ağartı məhsulları ilə qidalanmasıdır.

Zaro ağa hamballıq edərək çörək pulu qazanarmış. Bir gün işini gördüyü zaman, iki Amerikalı insan yeni həyat vədi ilə Zaro ağanı Nyu Yorka aparar. Lakin sonra onların Zaro ağanı aldatdığı aydın olar. Sən demə bunlar sirk işçisi imiş və Zaro bəyə xususi forma geydirib dünyanın ən yaşlı adamı adı ilə onun üzərindən pul qazanırlar. Zaro bəylə şəkil çəkdirmək 10 dollar, üzündən öpmək isə 15 dollar imiş. Ölkə - ölkə gəzən Zaro bəyin bədəni getdikcə zəifləyir və xəstəliyə qapılır. Bu müddət ərzində həkim üzü görmədiyindən ürəyindəki xəstəliyə görə halı yaxşı olmur. Onu İstanbula gətirib xəstəxanaya aparırlar amma taqətdən düşmüş bədəni müalicəni qəbul etmir və həyata gözlərini yumur.

Ən sərfəli kredit üçün müraciət et

Zaro ağanın 20 evliliyindən çoxlu övladı və nəvəsi var. Nə biz nə də özü saylarını bilməsə də, hər birinin Zaro ağanı çox istədiyini bilirik. Hətta mənbəyə görə, Zaro ağa ölərkən nəvələrindən biri babam dünyaya doymadan getdi deyib.