Azərbaycan hökumətinin 2020-2022-ci illərdə ölkədə iqtisadi artım ilə bağlı proqnozları məlum olub.
2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2020-ci ildə Azərbaycanda ÜDM 3,8% artacaq.
2021-ci ildə Azərbaycanda ÜDM-in 3,6%, 2022-ci ildə isə 2,7% artacağı proqnozlaşdırılır.
Hökumətin proqnozlarına görə, neft sektorunda iqtisadi artım 2020-ci ildə 3,8%, 2021-ci ildə 4,6%, 2022-ci ildə 1,3% artacaq.
Qeyri-neft sektorunda isə ÜDM artımı 2020-ci il üçün 3,8%, 2021-ci il üşün 3%, 2022-ci il üçün 3,6% səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, 2020-2022-ci illərdə Azərbaycanda iqtisadi artımın orta hesabla 3,4% səviyyəsində olacağı gözlənilir.
© Report