Çinin Siçuan əyaləti 2020 – ci ildə kosmosa süni ay göndərməyi və gecə vaxtı küçələri işıqlandırmaq üçün fənərlərin əvəzinə bu aydan istifadə etməyi planlaşdırır. Bununla da küçələri işıqlandırmaq üçün tələb edilən xərclərin böyük ölçüdə azaldılması və şəhərə turistlərin cəlb edilməsi nəzərdə tutulur.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Siçuan əyalətinin Çendu şəhəri süni ay hazırlayaraq bunu, 2020 – ci ildə kosmosa göndərməyi və gecələr küçələri işıqlandırmaq üçün bu üsuldan istifadə etməyi düşünür.
Həmçinin oxu: Bu vaxta qədər edilmiş ən qeyri-adi marketinq kampaniyaları
Bu süni ay və ya digər bir sözlə işıqlandırma peyki əsl aydan 8 dəfə daha parlaq olacaq və 10-80 km – lik radiuslu ərazini işıqlandıra biləcək. İnsan tərəfindən düzəldilən bu ay günəş işığını əks etdirmək üçün xüsusi əksetdirici təbəqə ilə örtüləcək. Həmçinin dünya miqyasında nə dərəcədə geniş radiusa malik ərazinin işıqlandırılacağına mütəxəssislər tərəfindən nəzarət ediləcək.
“People’s Daily” adlı Çin qəzeti illərdir bu işıqlandırma peyki üzərində işlər getdiyini və nəhayət prototipin tamamlandığını bildirib. Layihə uğurla həyata keçiriləcəyi təqdirdə, Çendu şəhərinin küçələrini işıqlandırma xərcləri böyük ölçüdə azaldılacaq. Təbii olaraq Çin rəsmiləri bu təşəbbüsün turistlərin də marağına səbəb olacağını düşünürlər.
Həmçinin oxu: Ən qeyri-adi dizayn nümunələri
Tamara Mustafayeva, Banco.az