“NBC Bank” ASC 2018-ci ilin 9 ayını 2 milyon 917 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 2 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “NBC Bank” xalis mənfəəti 17,4% artıb.
FAİZ VƏ QEYRİ FAİZ GƏLİRLƏRİ ARTIB
Cari ilin yanvar-sentyabr dövründə “NBC Bank”ın faiz gəlirləri 13 milyon 434 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 224 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə Bankın faiz gəlirləri 10 milyon 490 min manat, qeyri faiz gəlirləri isə 2 milyon 518 min manat təşkil etmişdi.
Marja.az