Yeni nizamnaməsi təsdiq edilən Palata aktivləşdi - 63 ŞƏXS LİSENZİYA ALDI | Banco.az

Yeni nizamnaməsi təsdiq edilən Palata aktivləşdi - 63 ŞƏXS LİSENZİYA ALDI

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə sıyahıda adları qeyd edilən 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Bu barədə Palatanın saytında məlumat yayımlanıb.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, köhnə Nizamnaməyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasında ikili rəhbərlik mövcud idi və bu vəziyyət bir çox qərarların qəbul olunmasını gecikdirirdi. Bir neçə gün öncə Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə təsdiq edilmiş Yeni Nizamnamə ilə Palatada Direktorlar Şurası ləğv edilib. Quruma İdarə heyəti rəhbərlik edəcəkdir. 

Marja.az