Çox ciddi neft qıtlığı olacaq - Proqnoz | Banco.az

Çox ciddi neft qıtlığı olacaq - Proqnoz

İranın Neft naziri Bijan Namdar Zangane qarşıdakı aylar ərzində “çox ciddi neft qıtlığı” olacağını söyləyib.

Zangane Nazirliyin xəbər agentliyindən etdiyi açıqlamada, ABŞ – ın İran neftinə qarşı tətbiq edəcəyi sanksiyaların səbəb olacağı kəsirin digər qlobal istehsalçılar tərəfindən əvəz ediləcəyinə dair açıqlamaların bazarda təsirinin çox az və ya heç olmadığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Zangane, “Bazar və artan qiymətlər, bazarda tədarük azlığı olduğunun və qarşıdakı aylar ərzində çox ciddi neft qıtlığının olacağı istiqamətindəki əsaslı narahatlıqların ən yaxşı sübutudur”, deyə açıqlama edib.

Tamara Mustafayeva, Banco.az