Dünya bazarında neftin qiyməti ötən həftələrdəki sürətli artımdan sonra bu həftəyə azalma ilə başlayıb.
"Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, 0,82% azalaraq 83,47 dollar/barel təşkil edib.
Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə 0,67% azalaraq 73,84 dollar/barel olub.
Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq ötən həftə 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub.
Report.az