Dollar/Tl həftəyə yüksəlişlə başlayıb | Banco.az

Dollar/Tl həftəyə yüksəlişlə başlayıb

Cümə günü 6.10 səviyyəsinə qədər geriləyən Dollar/Tl məzənnəsi yeni iş həftəsinə artaraq başlayıb.

Cümə günü əvvəlcə 6.21 səviyyəsinə qədər yüksələn kurs, ABŞ – da kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəricilərinin açıqlanmasından sonra 6.10 səviyyəsinə qədər geriləmişdi.

Kurs, səhər saatlarında ən aşağı 6.13, ən yüksək isə 6.18 səviyyəsində icra edilib. Türk lirəsi 0.7% ilə bu səhər etibarilə dollar qarşısında ən çox dəyər itirən pul vahididir. 

Tamara Mustafayeva, Banco.az