Türk Lirəsi sürətlə ucuzlaşdı | Banco.az

Türk Lirəsi sürətlə ucuzlaşdı

Bu gün səhər Türk Lirəsi Dollar qarşısında ucuzlaşır. Dollar/TL məzənnəsi Bakı vaxtı ilə saat 12:40-da 6.2030 səviyyəsində olub. Bu gün Lirə 2,6% dəyərdən düşüb.

ABŞ-ın 10 illik istiqrazı faizinin 2011-ci ilin İyul ayında bəri ən yüksək səviyyəyə (3.21%) çıxması inkişaf edən ölkə valyutalarına təzyiq edir.

Bu gün bir çox inkişaf edən ölkənin pul vahidi dollar qarşısında dəyər itirir.

Qeyd edək ki, ötən həftə Türkiyədə Dollar 5,96 səviyyələrinədək düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Dünən açıqlanan məlumata görə, Türkiyədə inflyasiya yüksəlişini Sentyabr ayında da davam etdirib. İnflyasiya illik 24.52%-ə çatıb, bu, 2003-cü ildən  bəri ən yüksək səviyyədir. İnflyasiya aylıq isə 6.3% ilə 2001-dən bəri ən yüksək səviyyəyə qalxıb. Baza  inflyasiya 17.22%-dən 24.05%-ə yüksəlib, istehsalçı qiymətləri aylıq 10.88%, illik 46.15% artıb.

Bəzi ekspertlər, Mərkəzi Bankın Lirəni dəstəkləmək və qiymət artımlarına nəzarət etmək üçün sərt pul siyasətini davam etdirməsi lazım olduğunu bildirir.

Marja.az