"Neftdə hər şey noyabrda bəlli olacaq" | Banco.az

"Neftdə hər şey noyabrda bəlli olacaq"

Rusiya: Neft qiymətləri daha da yüksələ bilər

Rusiyanın energetika naziri Aleksandr Novak, Rusiyanın neft hasilatını daha da artırmaq üçün gücə malik olduğunu bildirərək, "Qlobal neft qiymətləri qeyri-müəyyənlik səbəbilə daha da artacaq potensiala malikdir. Hər şey noyabr ayında baş verəcək tendensiyaya bağlıdır",- deyib.

Novak, paytaxt Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində, neft bazarlarında baş verən son prosesləri qiymətləndirib.

Rusiyanın neft hasilatını lazım olduğu təqdirdə artıracağını qeyd edən Novak, "Rusiyanın neft hasilatı zirvəsinə çatmayıb və lazım gələrsə artıra bilərik. Bu il təxminən 555 milyon ton neft hasil edəcəyimizi təxmin edirik",- ifadəsini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Novak, neft qiymətlərində son dövrdə baş verən sürətli yüksəlişə dair, "Qlobal neft qiymətləri qeyri-müəyyənlik səbəbilə daha da artacaq potensiala malikdir. Hər şey noyabr ayında baş verəcək tendensiyaya bağlıdır",- deyib.

"Lukoil"in rəhbəri Vaqif Ələkbərov bu gün verdiyi açıqlamada, Rusiya şirkətlərinin neft istehsalında maksimum həcmə çatdığını bildirmişdi.

Marja.az