Respublikamızda fəaliyyət göstərən maliyyə bazarı subyektlərindən biri də Bakı Fond Birjasıdır (BFB). Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti kimi təsis edilən kommersiya təşkilatıdır.
Yaradılmasında əsas məqsəd, ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur.
Hal hazırda BFB-nın 20 səhmdarı vardır. Bu linkədaxil olaraq həmin səhmdarları tanıya bilərsiniz : http://bfb.az/sehmdarlar/
Qısa tarixi :
- 1999-cu ildə Birjanın yaradılması üzrə təşəbbüs qrupunun təşkili.
- 2000-ci il15 Fevral tarixində Bakı Fond Birjasının səhmdarlarının ilk yığıncağı toplanır. Eyni ilin 21 İyul tarixində birja fəaliyyəti üzrə QKDK-dan lisienziya alınır. 1 Sentyabrda Dövlət qiymətli kağızları ilə BFB-də ticarətə başlanılır.
- 2001-ci il Repo alətinin bazara təqdim edilməsi
- 2004-cü il.
- 26 Yanvar tarixində Korporativ istiqrazların BFB-də ticarətinə başlanılır.
- 15 Apreldə Səhmlərin BFB-də ticarətinə başlanılır.
- 14 Sentyabrda Mərkəzi Bankın NOT-larının BFB-də ticarətinə başlanılır.
- 2006-cı ildə BFB-də Banklarası REPO əməliyatlarına start verilir.
- 2009-cu ildə ipoteka istiqrazlarının BFB-də ticarətinə start verilir.
- 2013-cü il, BFB-də ilk market meyker instutunun yaradılması.
- 2014-cü il.
- 25 Fevral, BFB-də korporativ qiymətli kağızlarla REPO əməliyyatlarına başlanılması.
- 19 Mart, BFB-də Törəmə Maliyyə Alətləri ilə ticarətə start verilməsi
- 2016-cı il.
- 17 Fevral, BFB-də CETA platformasının, mərkəzləşmiş ticarət sisteminin istifadəyə verilməsi.
- 18 Oktyabr Socar istiqrazlarının BFB-də ticarətinə start verilməsi.
BFB korporativ qiymətli kağızlar üzrə ticarət və hesablaşma (klirinq) əməliyyatlarını həyata keçirir. Dövlət qiymətli kağızlarının (AR Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları (DQİ) və AR Mərkəzi Bankının Notları) ilkin və təkrar bazarı üzrə ticarət, depozitar və klirinq əməliyyatları bütünlüklə BFB-da icra edilir.
Birjada Qiymətli Kağızlarla aparılan Ticarətdə yalnız Birja Üzvləri iştirak etmək hüququna malikdirlər. Ticarətdə Birja Üzvünün adından etibarnamə əsasında fəaliyyət göstərən Treyder iştirak edir. Treyder Dövlət Komitəsində attestasiyadan keçdikdən və Birjada üzvlük qaydalarına əsasən akreditə olunduqdan sonra Ticarətə buraxılır. Birja Üzvü Birjada öz Treyderi tərəfindən keçirilən əməliyyatlar üçün məsuliyyət daşıyır. Treyderlərin səhv və ya icazəsiz əməliyyatlarına görə Birja məsuliyyət daşımır. Bir qayda olaraq Ticarət Birjanın Ticarət zalında Ticarət Sistemi vasitəsilə aparılır. Ticarət Sisteminə buraxılış Birjanın Ticarət zalındakı iş yeri və ya uzaqlaşdırılmış terminal vasitəsilə həyata keçirilir. Birja bütün Birja Üzvlərinə Ticarətin aparılmasında və əqdlərin bağlanılmasında bərabər şərtlər yaradır.
Fuad VAHABZADƏ, banco.az