Maliyyə Bazarının əsas iştirakçı və subyektləri | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Maliyyə Bazarının əsas iştirakçı və subyektləri

Əmanətçilər – Öz şəxsi istehlaklarından qənaət edərək, azaldaraq müxtəlif tipli yığımlar həyata keçirən fiziki şəxslər.

Borc alanlar – Kifayət qədər maliyyə ehtiyatına sahib olmayan, ehtiyac duyan, müəəsisə,  təşkilat və dövlət hakimiyyəti orqanları.

İnvestorlar – özünün tələbatından artıq maliyyə ehtiyyatlarına malik olan və bu ehtiyyatları investisiyaya yönəldə bilən müəssisə və təşkilatlar.

Brokerlər – Hər hansı müəssisə, təşkilat, dövləti təmsil edərək bazarda vasitəçilik fəaliyyətləri həyata keçirənlər. Alıcı və satıcı arasında əlaqə yaradırlar.

Dilerlər – Hər hansı müəssisə, təşkilat, dövləti təmsil etmədən, sərbəst şəkildə fəaliyyət göstərən vasitəçilər. Onlar investor və borcalanlarla birbaşa sövdələşməyə girəbilirlər.

İxtisaslaşdırılmış maliyyə-kredit instutları – bu qrupa Banklar, Maliyyə və Sığorta şirkətlərini və s. aid edilir. Həm investor, həm borcalan, eləcə də vasitəçi kimi çıxış edə bilən bu instutlar, aparıcı bazar iştirakçılarıdır.

 

Fuad VAHABZADƏ, banco.az