ABŞ – ın Ticarət Nümayəndəsi Robert Lghthizer və Kanada Xarici işlər naziri Kristi Frilend (Chrystia Freeland) tərəfindən həyata keçirilən birgə mətbuat konfransında Kanadanın ABŞ ilə Meksikanı da əhatə edən bir ticarət anlaşması üzrə razılığa gəldiyi bildirilib.
ABŞ, Meksika və Kanada arasında USMCA anlaşması, ABŞ rəsmilərinə görə “ədalətli olmayan” ticari tətbiqlərə qarşı tədbirləri əhatə edir.
USMCA anlaşması, süd məhsulları daxil olmaqla fermerlər üçün yeni bazarlara giriş imkanı yaradacaq.
Edilən açıqlamaya görə, ABŞ Kanada və Meksika ilə avtomobil vergiləri ilə bağlı razılığa gəlsə də, Kanada ilə polad və alüminium mövzusunda hələ ki bir razılıq əldə edilməyib.
USMCA maliyyə xidmətləri və əqli mülkiyyət mövzularını da əhatə edir.
Tamara Mustafayeva, Banco.az