Tələbələrə təqaüdlər smart kartlar vasitəsilə veriləcək | Banco.az

Tələbələrə təqaüdlər smart kartlar vasitəsilə veriləcək

Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.

Görüləcək tədbirlərdən biri tələbələrə smart tələbə kartlarının verilməsinin nəzərdən keçirilməsidir.

“Tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında yeni tipli tələbə biletlərinin hazırlanması və ölkədə təhsil alan bütün tələbələrə təqdim olunması nəzərdən keçiriləcəkdir. Bu biletlər beynəlxalq standartlara (“International Student Identity Card” – ISIC standartlarına) uyğun olmalı, həm tələbəlik sənədi, həm də debet ödəniş kartı funksiyalarını özündə birləşdirməlidir. İstər dövlət, istərsə də tədris müəssisələri tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcəkdir”,- Proqramda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.

Marja.az