Əsərin adı: “No. 5, 1948”
Rəssam: Jackson Pollok
Tarix: 1948
Material: Lif lövhədə yağlı boya
Saxlanılır: New York, şəxsi kolleksiya
J.Pollok - Amerikalı rəssam, rəsm əsərini boyamaq üçün maye boyalardan istifadə etməyi seçir – xüsusilə, sintetik qatran boyalar.
Lakin işin təsnifatı üçün ümumi yağlı boya kimi istinad edilir.
2006-cı ilin May ayında 140 milyon dollara satılmışdır.
Əsərin adı: “Woman III”
Rəssam: Willem de Kooning
Tarix: 1953
Material: Kətan üzərində yağlı boya
Saxlanılır: Steven A. Cohenin şəxsi kolleksiyasında
Bu əsər, Willem de Kooning – in 1951-1953 – cü illərdə çəkdiyi 5 seriyalı əsərlər toplusundan biridir. Rəsimlərin ana mövzusu “Qadın” – dır.
2006-cı ilin Noyabr ayında 137.5 milyon dollara, Steven A. Cohen – ə satılmışdır.
Əsərin adı: “Untitled (Yellow and Blue)”
Rəssam: Mark Rothko
Tarix: 1954
Material: Kətan üzərində yağlı boya
Saxlanılır: Gizli alıcı - Asiyalı olduğu düşünülür.
Rəsm əsərinin mövzusu barədə, əsərin satışının reallaşdığı hərracda axar çayın təvsir edildiyi qeyd edilmişdir.
Əsər, New York-da, Sotheby hərrac salonunda 46.5 milyon dollara satılmışdır.
Əsərin adı: “Onement VI”
Rəssam: Barnett Newman
Tarix: 1953
Material: Yağlı boya
Saxlanılır: Gizli alıcı.
Əsər, B.Newman- nın 1948-1953 – cü illərdə çəkdiyi 6 rəsimdən ibarət seriyadan biridir. Rəsimlər rənglərinə, ölçülərinə və onları ortadan ikiyə bölən nazik fərqli rəngli xəttə görə spesifik hesab edilirlər.
Əsər 2013-cü ildə New York – da təşkil olunan hərracda 43.8 milyon dollara satılmışdır.
Əsərin adı: “Lasso-like scribbles”
Rəssam: Cy Twombly (Edwin Parker)
Tarix: 1970
Material: Boz arxa plana balmumu ilə
Saxlanılır: ---
Əsər, C. Twombly-nin 1966-1971 – ci illərdə ərsəyə gətirdiyi “Blackboard” seriyasına aiddir. Tablonun mənası, dəcəl məktəblinin, qara löhvəyə “Mən hərəkətə keçəcəyəm” - sonsuz bir yazı yazması kimi şərh edilir.
Əsər, 12 Noyabr 2014 – cü ildə “Christie's Contemporary Art Sale” sərgisində 70 milyon dollara satılır.
Fuad Vahabzadə, Banco.az