Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
İyul-sentyabr aylarında ölkədə 232 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 209-si yerli vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət yaradanlar var. Belələrinin sayı 23-dır. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır.
İran vətəndaşları bu dəfə Azərbaycanda 7 şirkət təsis ediblər. Sonrakı yerləri Türkiyə və Pakistan şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
Ölkələr |
Şirkətlərin sayı |
İran |
7 |
Türkiyə |
5 |
Pakistan |
2 |
Yəmən |
2 |
Belarusiya |
1 |
Ukrayna |
1 |
Misir |
1 |
Sinqapur |
1 |
Hindistan |
1 |
Xorvatiya |
1 |
Əlcəzair |
1 |
fed.az