Lirənin dünən başlayan yüksəlişi bu gün də davam edir.
Həftəyə 6.32 səviyyələrində başlayan Dollar/Tl məzənnəsi dünən 2% gerilədi, axşam saatlarında ABŞ Xarici İşlər Naziri Pompeonun açıqlamaları ilə Dollar/Tl geriləməni davam etdirərək 6.0519 – a çatdı. Birja da dünən 1.5% - dən bağlanmışdı.
Kurs bu gün də geriləməni davam etdirərək 1% - dən çox düşdü və 6.07 səviyyəsinə çatdı. Avro/Tl məzənnəsi də Türkiyə saatı ilə 09:21 – də 1% - dən çox geriləyərək 7:14 – dən icra edilir.
Qeyd edək ki, bu gün Lirə inkişaf etməkdə olan valyutalar arasında Dollar qarşısında ən çox dəyər qazanan pul vahidi olub.
Tamara Mustafayeva, Banco.az