Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak Yeni İqtisadiyyat Proqramını açıqlayıb. Proqram ortamüddətli dövrü (3 il) əhatə edir.
Proqrama görə, 2019-cu il üçün inflyasiya proqnozu 15.9%-əyüksəldilib. 2019-cu il üçün iqtisadi artım proqnozu isə 2.3%-ə endirilib.
2018-ci il üçün iqtisadi artım proqnozu isə 5.5%-dən 3.8%-ə salınıb.
İqtisadi artım proqnozu 2019-cu il üçün 5.5%-dən 2.3%-ə, 2020-ci il üçün 5.5%-dən 3.5%-ə endirilib. 2021-ci il üçün isə 5% olaraq müəyyənləşdirilib
İNFLYASİYA
2018-ci il üçün inflyasiya proqnozu 7%-dən 20.8%-ə, 2019-cu il üçün isə 6%-dən 15.9%-ə qaldırılıb. 2020 inflyasiya hədəfi isə 5%-dən 9.8%-ə yüksəldilib.
2018-ci il üçün büdcə kəsiri/ÜDM nisbəti hədəfi 1.9%-də saxlanılıb, 2019 hədəfi isə 1.9%-dən 1.8%-ə endirilib, 2020-ci il üçün isə 1.6%-dən 1.9%-ə yüksəldilib.
2018-ci il üçün cari kəsir/ÜDM nisbəti təxmini 4.3%-dən 4.7%-ə yüksəldilib, 2019-cu il üçün 4.1%-dən 3.3%-ə, 2020-ci il üçün isə 3.9%-dən 2.7%-ə endirilib.
Nazir Albayrak bildirib ki, 2019-cu il üçün dövlətdə 60 milyard TL qənaət proqnozlaşdırılır. Eyni zamanda, 16 milyard TL gəlir əldə ediləcək. Beləliklə, 76 milyard manatlıq vəsait təmin ediləcək.
Proqram açıqlandıqdan sonra Türkiyədə Dollar və Avro bahalaşıb. BİST 100 indeksi isə düşüb.
Dollar/TL məzənnəsi 6.14 səviyyələrinə düşsə də yenidən 6.25 səviyyələrinə yüksəlib.
Analitiklər proqramın detallı olmadığını bildirirlər.
Marja.az