ABŞ Senatı, Federal Hökumətin noyabr ayında keçiriləcək aralıq seçkilər öncəsində bağlanmasının qarşısını alacaq 854 milyard dollarlıq büdcə təklifini təsdiq edib. Müdafiə, səhiyyə, əmək və təhsil nazirliklərinə 2019 maliyyə ilinin sonuna, digər federal qurumlara isə 7 dekabr 2018 – ci il tarixinədək maliyyə dəstəyi göstərəcək büdcə təklifinin növbəti istiqaməti ABŞ Nümayəndələr Palatası olacaq.
ABŞ Senatı, Müdafiə, Səhiyyə, Əmək və Təhsil nazirliklərinə 2019 maliyyə ili ərzində maliyyə dəstəyi təmin edəcək büdcə təklifini 7 – yə qarşı 93 səs çoxluğu ilə qəbul edib.
Təklif, Nümayəndələr Palatası tərəfindən təsdiq ediləcəyi təqdirdə ABŞ prezidenti Donald Trampa imza üçün təqdim ediləcək. Tramp, Meksika sərhədinə çəkilən sədd üçün maliyyə dəstəyinin daxil edilmədiyi bu büdcə təklifini veto etmək haqqına sahibdir.
Bundan başqa ekspertlər Federal Hökumətin 6 Noyabr 2018 – ci il tarixində keçiriləcək aralıq seçkilər öncəsində bağlanmasının həm Ağ Ev, həm də Konqresə nəzarət edən Respublikaçılar Partiyasının səslərinə mənfi təsir göstərəcəyini düşünürlər.
Bu səbəblə də büdcə təklifinin 2019 – cu il 1 oktyabr tarixinədək qüvvəyə minməsi gözlənilir.
Tamara Mustafayeva, Banco.az