ABŞ-ın aparıcı hedc fondu rəhbərlərindən David Tepper, ABŞ ilə Çin arasındakı ticarət əlaqələrinin daha da pisləşməsi halında səhmlərdə kəskin şəkildə ucuzlaşma ola biləcəyini söyləyib.
CNBC-yə müsahibə verən Tepper, "Əgər dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət gərginlikləri daha da artarsa səhmlər 5-20 faiz dəyər itirə bilər" - deyib.
Qeyd edək ki, ABŞ və Çin bir-birlərinə qarşılıqlı gömrük rüsumları tətbiq edirlər. "Ticarət müharibəsini" ABŞ Prezidenti Donald Tramp elan edib.
Marja.az