"Şahdəniz-2" layihəsi çərçivəsində daha 4 quyu işə salınıb | Banco.az

"Şahdəniz-2" layihəsi çərçivəsində daha 4 quyu işə salınıb

"Şahdəniz-2" layihəsi çərçivəsində "Bravo" manifoltundan artıq 4 quyu işə salınıb.

Bunu "BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns deyib. 

Bundan başqa, onun sözlərinə görə, "Alfa" platformasından da bir neçə quyu işə salınmaq üzrədir. 

Ən sərfəli kredit üçün müraciət et

"Həmin 4 quyu təzə açıldığı üçün onlardan qaz və kondensatla yanaşı, qum və çınqıl da çıxır. Hasilatın sabitləşməsini gözləmək lazımdır. Ona görə də, təmizlənmə işləri həyata keçirilir. Bu səbəbdən gündəlik hasilatın həcmi bağlı nəsə demək çətindir", - o qeyd edib. 

© Report

Ən sərfəli krediti almaq üçün müraciət et