“PASHA Holding” MMC-nin bu ilin iyul ayında təsis etdiyi “PASHA Technology” MMC-nin direktoru dəyişib.
Fərid Usad oğlu Məmmədovu Şərif Söhrab oğlu Şıxlinskiy əvəz edib.
Xəbər verdiyimiz kimi, "PAŞA Holdinq" Azərbaycanın informasiya texnologiyaları bazarında dünyanın ən qabaqcıl texnologiyalarını özündə birləşdirəcək yeni "PAŞA Technology" adlı şirkətini təsis edib.
18 iyul 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayan şirkətin başlıca məqsədi PAŞA Holdinqə daxil olan şirkətlərə optimallaşdırılmış innovativ həlləri özündə birləşdirən İT xidmətlərini təqdim etməkdir. Bu məqsədlə yeni qurulan şirkət müasir dünya standartlarına cavab verən informasiya texnologiyaları xidmətləri sahəsində fəaliyyət göstərəcək.
Şirkətin səhmləri tamamilə PAŞA Holdinq MMC-yə məxsusdur.
© Report