Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il sentyabrın 1-nə 5 503,5 mln. ABŞ dolları təşkil edib.
Bu, avqustun 1-i ilə müqayisədə 43,4 mln. dollar və yaxud 0,8% azdır.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları 4 aylıq artımdan sonra yenidən azalma nümayiş etdirir.
Sözügedən göstərici ilin əvvəlinə nisbətən 168,9 mln. dollar və yaxud 3,2%, son 1 ildə isə 402,3 mln. dollar və yaxud 7,9% artıb.
Report.az