300 milyon dollardan çox qazanan 5 yazıçı | Banco.az

300 milyon dollardan çox qazanan 5 yazıçı

Düşüncələrinizin qiyməti milyardlarla belə qarşılana bilməz. Düşüncələriniz sərhədlərin uçduğu, qorxuların itdiyi, innovasiyaların və fantaziyanın yarandığı evdir. Düşüncələriniz kimliyiniz, xarakterinizdir. Hekayələr sizdən doğulur. Fikirlərinizdən. Həyatınız sizin düşüncələrinizin materiallaşmasıdır. Bu gün düşüncələrini, fantaziyalarını milyonlara çevirən 6 yazıçını sizə daha yaxından tanıdacağıq:

1. J. K. Rowlinq– 1 milyard dollar

Britaniyalı yazıçı xanımın adını çox eşitmişik. Məşhur “Harry Potter” məhz bu xanımın fantaziyasının məhsuludur. Britaniyanın ən zəngin vətəndaşlarından sayılan bu xanım, sevdiyi işi görməyin daha önəmli olduğunu hər kəsə sübut etdi. Milyonçu olmaq üçün biznesmen olmağa deyil, aid olduğunuz yeri tapmağınıza ehtiyacınız var.

2. Jim Davis – 800 milyon dollar

Garfield-i tanımayan yoxdur. Bəli Jim Davis olmasa Garfield də olmayacaqdı. “Təsəvvürün gücü olduqca təsirlidir. O keçmişin xatirələrini geri gətirir, gələcəyi yeni kölgələrlə rəngləyir, bu günü işıqlandırır. Və təsəvvür bizim idarəmiz altındadır. Yəni, anladığınız kimi, çox güclüyük, əslində.”- deyən yazıçı, komiks kitablarında yepyeni cığır açdı.

3. Stephen King –400 Milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

350 milyon nüsxədən çox satılan onlarla bestsellerin müəllifi, olan “kral”-ı çox yaxşı tanıyırıq. Fantastik, elmi-fantastik, qotik əsərlərinin hər səhifəsində oxucuları həyəcanda saxlayan yazıçı, 1974-cü ildən hər yazdığı əsəri ilə böyük oxucu marağı doğurur. “11.22.63”, “Ölüm zonası”, “Talisman” əsərləri günümüzün ən məşhurlarındandır. Yazıçının əsərinin motivləri əsasında çəkilmiş “Shawshank Redemption” filmi yeni dövrün ən çox baxılan filmidir desək, yanılmazdıq.

4. Danielle Steel –  375 Milyon dollar

Bu amerikalı xanım öz bestsellerini 800 milyon nüsxə ilə satmağı bacarmışdı. Ən az bir kitabı 381 həftə New York Times-ın ən çox satılan kitabı olaraq qalan bu əfsanəvi yazıçı, Guinnesin rekordlar kitabına düşməyi bacarıb. Əsasən, romantik hekayə janrlarına üstünlük verən Danielle, bu gün 375 milyonluq bir səltənətin sahibidir.

5. James Patterson –310 milyon dollar

Dedektiv yazarı olan James Patterson da Amerikanın havasının, suyunun yetirmələrindəndir. New York Times-ın 19 bestsellerinin müəllifi olan qəhrəman əsərlərində psixologiya, sevgi və ölüm üçlüyünü mükəmməl şəkildə birləşdirir.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et