Uzunmüddətli investisiyalar üçün kriptovalyuta seçərkən investorlar öz analizlərini aparmaqla yanaşı kriptovalyuta indekslərindən də istifadə etməkləri xüsusi əhəmiyyət daşıyır. Kriptovalyuta indeksləri rəqəmsal aktivlərin ümumi dinamikası və investorların düşüncələri barədə maksimum fikir formalaşdırmağa imkan yaradır.
Kriptovalyuta indeksinin fond bazarı indeksindən fəqri nədir? Prinsip eynidır: Hər iki indeks sektorun maliyyə vəziyyətini qiymətləndirmək imkanı yaradır. Fond bazarı indeksləri şirkətlərin səhmlərinin qiymətləri, kriptovalyuta indeksləri isə rəqəmsal aktivlərin qiymətləri haqqında məlumat verir. Fond indeksləri həmçinin iqtisadiyyatın konkret sektoru və ya müəyyən şirkətlər haqqında məlumatları əks etdirir. Misal üçün “S & P 500” indeksi Amerikanın 500 ən bahalı şirkətlərini, “FTSE 100” indeksi isə London Fond Birjasında qeydiyyatdan keçmiş 100 iri şirkəti əhatə edir.
Kriptovalyuta indeksi kripto sektora ənənəvi investisiya qiymətləndirilməsi metodlarından biri kimi daxil olub. İndeks bir valyutanın digərinə və ya bir neçə valyutaya nisbətini göstərir. Buna nümunə kimi, DXY indeksində dolların altı müxtəlif valyutanın nisbəti göstərilir: avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı.
Kriptovalyuta indeksləri ənənəvi fond indeksləri kimi investorlar üçün hər bir kriptovalyutanı ayrı-ayrılıqda öyrənmədən ümumilikdə kripto-bazarın vəziyyətini izləmək imkanı verir. Bir növ rəqəmsal sənayenin “sağlamlıq indikatoru” funksiyasını yerinə yetirir. Kriptovalyuta indeksləri rəqəmsal aktivin bazarın kapitalizasiyasına əsaslanır və gündəlik və ya həftədə, ayda bir dəfə nəzərdən keçirilir.
İndekslərdən istifadə aşağıdakı üstünlükləri verir:
- zaman və vəsaitlərə qənaət etmək imkanı;
- iri investorlara xüsusi ekspertlərlə məsləhətləşməyə ehtiyac qalmır, texniki analiz bazara daxil olmaq üçün kifayətdir;
- kiçik investorlar isə minimal investisya imkanlarından maksimum yararlana bilər;
- investisiyanı diversifikasiya etmək imkanı.
Bazarda qiymətlərin sürətlə artdığı zamanda indeks üzrə artım tempi fərdi kriptovalyutalara nisbətən daha azdır. Əgər investor fəqrli kriptovalyutalardan ibarət investisiya portfelinə malikdirsə və indeksin göstəricilərini izləyirsə bu zaman investor fərqli bazarların təhlilində diqqəti çəkən faktları görə bilər. Bu faktor obyektiv qərar vermək imkanını yaradır:
- lazım olmayan və nisbətən daha zəif kriptovalyutalardan vaxtında azad olmaq;
- vaxtında lider kriptovalyutalar üzrə gəlirləri fiksləşdirmək.
Ən populyar kriptovalyuta indeksləri: Bit20, DLT10, CAMCrypto30, CCİ30, CRİX, Crypto20, Hold 10 İndex, İCEX Top10, DCİ/DCİ50. Bu indekslərin bəziləri ilə yaxından tanış olaq.
CCİ30
CCI30 (CryptoCoin Index) indeksi 2017-ci ilin oktyabr ayında buraxılıb. İndeksə bazar kapitalizasıyası üzrə ilk 30 kriptovalyuta daxildir. CCI30 indeksi mənfəəti artırmağa, riskləri və volatilliyi minimuma endirən balanslaşdırılmış kripto-portfel yaratmağa imkan yaradır. CCI30 hazırda Cryptos Fondu tərəfindən kriptovalyutaların passiv izlənilməsi üçün istifadə olunur.
CAMCrypto30
CAMCrypto30 indeksi Timothy Enneking-in Crypto Asset Management tərəfindən buraxılıb. Bu indeks Russell 2000 və FTSE 100 fond indekslərinə əsaslanır və “Top 30”-da olan kriptovalyutalar əsasında hesablanır.
DLT10
2016-cı ilin sentyabr ayında yaradılan ilk kriptovalyuta indekslərindən biri hesab edilir və DLT Financial Group və maliyyə şirkəti olan Tramonex tərəfindən hazırlanıb. İndeksə bitcoin, ether, litecoin, stellar, ripple, dogecoin, maidsafecoin, namecoin, factom, nxt daxildir. İndeks həftəlik olaraq London vaxtı ilə saat 17:00-da hesablanır.
Bit20
BitShares birjasının indeksidir və tərkibinə ripple istisna olmaqla kapitalizasiyasına görə ilk 20 kriptovalyuta daxildir. İndeksin yaradıcıları hesab edir ki, Ripple mərkəzsizləşdirilmiş blokçeynə malik deyil və bu səbəbdən onu Bit20-yə daxil etməyiblər. Hər ayın 21-i Bit20 indeksləri hesablayır.
Elnur Quliyev / kriptoinvest.az