Mail Nuriyev "Rəvan Sigorta" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tərk edib.
Bu barədə özü 31 Avqustda Facebook səhifəsində məlumat verib.
Mail Nuriyev bu ilin Fevral ayında "Rəvan Sigorta" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləməyə başlamışdı.
Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən “Rəvan Sığorta” ASC-də çalışır. O, şirkətdə əmək fəaliyyətinə satış meneceri kimi başlamış, 2013-cü ildə Satış və Marketinq departamentinin müdiri əvəzi, 2014-cü ildə isə həmin departamentin müdiri vəzifəsinə təyin edilib. Mail Nuriyev 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq attestasiyadan keçərək İdarə Heyətinin üzvü seçilmişdi.
Marja.az