Londonda fəaliyyət göstərən BL Network şirkəti 21 sentyabr 2018-ci il tarixində Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans təşkil edəcəkdir. Tədbirin spikerləri rəqəmsal iqtisadiyyat sahəsində uğura imza atan həm xarici, həm də yerli qonaqlar olacaq. Konfransın əsas mövzularına blokçeyn - kriptovalyuta, elektron ticarət, özünü məşğulluq və kroudfanding-kroudinvesting daxildir.
Konfransın ikinci hissəsində çıxışlarla yanaşı, gənclərə rəqəmsal iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək, öz ideyalarını gerçəkləşdirməyin yolları, toxum və vençur fondlarından istifadə edərək, maliyyə cəlb etməyin yolları müzakirə ediləcək. İnteraktiv qaydada, keyslər və simulyasiyalar əsasında təşkil ediləcək təlimin işçi dili ingilis dilidir.
Bakı Ali Neft Məktəbinin binasında keçiriliəcək konfransın yerli partnyoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
Konfransda iştirak ödənişsiz olsa da, yerlər məhduddur. İştirak etmək üçün, http://conference2018.blnetworking.org/ saytına daxil olub qeydiyyatdan keçmək kifayətdir.