Manatın real effektiv məzənnəsi möhkəmlənib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Manatın real effektiv məzənnəsi möhkəmlənib

Dövr ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.

2018-ci ilin I yarımilliyində Manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 6  ayda manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi  (REM) 1.2% möhkəmlənmişdir. Möhkəmlənmə yerli ixrac üçün arzuolunan deyil.

Nominal effektiv məzənnənin (NEM) 4.9% bahalaşması REM-ə artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir etmişdir.

"2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 35.4% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur",- İcmalda deyilir.

Qeyd edək ki, İyul və Avqust aylarında Türk Lirəsi və Rubl daha da ucuzlaşıblar.

Marja.az