Bakıda evlərin kirayə haqqı artıb - YENİ QİYMƏTLƏR | Banco.az

Bakıda evlərin kirayə haqqı artıb - YENİ QİYMƏTLƏR

Avqustun ortalarından etibarən Bakıda evlərin kirayə haqları artmağa başlayıb. Bu barədə ev alqı-satqısı ofislərindən bildirilib.
 
Bu sahə ilə məşğul olan Elməddin Həşimov bildirib ki,  avqust ayının 15-dən şəhərin mərkəzində və ətraf ərazilərdə kirayə evlərin qiymətində 50-100 manat arasında artım müşahidə edilib.
 
Öz növbəsində artımın səbəbi təhsil ilinin başlanması ilə əlaqədar olaraq kirayə evlərə tələbatın yüksəlməsidir: «Universitetlərin açılmasına az qalmış tələbələr üçün ev axtarışı qiymətlərə təsir edir».
 
Əmlak alqı-satqısı ilə məşğul olan Vidadi Bayramov isə bildirir ki, köhnə və yeni tikili binalarda evlərin kirayə qiyməti fərqlidir. Yeni tikililərdə qiymətlər daha yüksəkdir.
 
Köhnə tikili binalarda 1 otaqlı evin kirayə qiyməti avqustun əvvəlində 250-300 manatdan başlayırdısa, hazırda 350-400 manat arasında dəyişir.
 
2 otaqlı ev köhnə tikili 15-20 gün qabaq 350-500 manat təşkil etsədə indi qiymətlər 400-600 manatdır.
3 otaqlı köhnə tikili  bu ayın əvvəlində 500-600 manat olub. Hazırki qiymət  550-700 manatdır. Qiymətlərin fərqli olmasına evin təmiri və lazımı əşyalarına görə dəyişir.

Bu qiymətlər Gənclik, Nərimanov,Elmlər və İnqlab kimi ərazilər daxildir.
Kirayə evin şəhərin mərkəzindən bir qədər uzaqda olmasına görə də qiymət fərqliliyi var. Məsələn, Əhmədlidə və «Həzi Aslanov» metrosunun ərafında evlərin kirayə qiyməti 50 manat aşağı olur. Bu ərazilərdə köhnə tikili 1 otaqlı ev 250-350 manat, 2 otaqlı 400-450 manat və 3 otaqlı 500-650 manata ev tapmaq olar.
 
Yeni tikili binalarda 1 otaqlı evlərin sayı az olduğuna görə, 2 otaqlı evdə qiymət 600-700 manat, 3 otaqlı ev 800-1000  manat təşkil edir. Qeyd edək ki, qiymətlərə evdə lazımı əşyalar və normal təmiri də daxildir.
Əmlak ofislərində bildirirlər ki, oğlan müştərilər üçün kirayə ev tapmaq çox çətindir. Xüsusi ilə də tələbə oğlanlara demək olar ki, ev verilmir. Ev sahibləri ən yaxşı müştəri kimi, ailəli şəxsləri və tələbə qızları hesab edirlər.
 
Yeni tikili evləri Türkiyə və Ərəb ölkələrindən gəlib Azərbaycanda oxuyan tələbələr və biznesi quran şəxslər götürür.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et