Son dövrlər Çində olan iqtisadi yüksəlişin əsas səbəbkarı biznes sahəsində fəaliyyət göstərən asiyalılardırlar. Belə asiyalılar içərisində 3 ailə xüsusilə seçilir. Hansı ki, onların varidatı 100 milyard dollara çatır. Hal-hazırda Amerikada belə ailələr çoxluq təşkil etsə də Asiyada belə varlı ailələrin sayı heç də az deyil.
Bloombergin 2018-ci ildə verdiyi hesabatda 25 ən varlı ailələr arasında 3-ü asiyalı ailə olub. Bu ailələr öz varidatını əsas etibarilə öz hesablarına qazanıblar və sonradan öz uşaqlarına vəsiyyət edəcəklər. Beləliklə, bu ailələri sizlərə təqdim edirik.
Hindistandan Ambani ailəsi – Varidatı 43 milyard dollar
Hindistanda adla tanınan Ambani ailəsi əsas etibarilə öz biznesinə 1960-cı ildə Mumbayda tekstil biznesiylə başlayıb. Bir müddət sonra şirkət yeni biznesinə keçid edib və neft kimya sənayesinə yatırım etməyə başlayıb. Bu biznes nəticəsində Reliance Industries şirkəti yaranıb. Şirkət rəhbərinin ölümündən sonra kompaniya oğulları Mukeşen və Anilom arasında bölündü. Lakin şirkət oğullarının idarəsinə keçdikdən sonra böyümək əvəzinə bölündü və hal-hazırda iki qardaş bir-birilə çox ciddi şəkildə rəqabət aparırlar.
Honk-Konqda Kvok ailəsi – varidatları 34 milyard dollar
Bu ailə daha çox daşınmaz əmlak biznesiylə məşğuldur. Biznesin idarəsi əsasən 3 qardaş: Tomas, Raymond və Volter tərəfindən həyata keçirilir. Qardaşların sahib olduğu Sun Hung Kai Properties şirkəti Honk-Konqun yenidən qurulması işində yaxından iştirak edir. Amma bundan əlavə bir çox hallarda bu qardaşların adları bəzi qanun pozuntularında hallanır.
Cənubi Koreyada Li ailəsi – varidatı 31 milyard dollar
Bu ailənin adı bir çoxlarına çox yaxşı bəllidir, çünki Li Ben Çxol hal-hazırda bütün dünyada tanınan Samsung şirkətinin yaradıcısı hesab oluna bilər. Belə ki, o, öz biznesinə 1938-ci ildə kiçik meyvə və balıq biznesi ilə start vermiş daha sonra isə tekstil, maliyyə, elektronika və s. kimi sferalarda fəaliyyət göstərmişdir. Samsung rəhbəri 1987-ci ildə rəhmətə getmiş və biznesin başına oğlu Li Qon Xi keçmişdir. Lakin onun dövründə bu o qədər də rəğbət qazanmamışdı. 2004-cü ildə keçirdiyi infaktdan sonra şirkəti oğlu Ce Yonq idarə edir.
Nəcibə Yusifova, Banco.az