«Pakistan Milli Bankı»nın Bakı ofisi problemli kreditlərinin yüksək həddə çatmasının səbəblərini açıqlayıb. Bankdan verilən məlumata görə, vaxtı keçmiş kreditlərin artmasının əsas səbəbi bankın 2013-cü ildən bəri kredit verməyi dayandırması olub.
Kredit portfelinin azalası nəticəsində burada problemli kreditlərin də payı yüksəlməyə başlayıb. Hazırda «Pakistan Milli Bankı»nın Bakı ofisinin kredit portfeli 1 mln 588 min manat olduğu halda, problemli kredit məbləği 1 mln 214 min manat və ya ümumi portf Ən sərfəli kredit üçün müraciət et
elin 76,4% qədər olub.
Bankın nümayəndəsi Sahib Quliyev bildirir ki, problemli kreditləri olan 32 müştərinin hamısı məhkəməyə verilib və bank bütün bu işlərdə qalib gəlib: « Müştəriərə verilən ən böyük kreditin məbləği 200 min manat idi». Başqa sözlə, bu müştərilərin qaytarmadığı kreditlərin onların girov əmlakına yönəldilməsi ilə bağlı hüquqi problem qalmayıb.
Bununla yanaşı, bank həmin əmlakları müsadirə etməyə tələsmir. Bankirin sözlərinə görə, əmlakın müsadirə edilməsi həmin müştərilərin vəziyyətini pisləşdirə bilər və bank bu məsələləri nəzərə alaraq girov əmlakları müştərilərdən almağa tələsmir.

Fed.az