Bu bazar ertəsi açıqlanan araşdırma göstəricilərinə görə ,ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər Amerika iqtisadiyyatına mənfi təsir göstərir.
Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya (NABE) tərəfindən həyata keçirilən araşdırmaya görə, biznes iqtisadçılarının 91 % - nin fikrincə hazırki və gələcəkdə tətbiq ediləcəyi gözlənilən tariflər Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək.
Araşdırmanən nəticələrinə görə, 65 % - dən çox mütəxəssisin fikrincə ABŞ – ın Şimali Amerika Azad Ticarət Assosiyasiyasından (NAFTA) ayrılması da həmçinin ABŞ iqtisadiyyatına “çox ciddi və əlverişsiz” təsir göstərəcək.
NAFTA üzrə danışıqlar ötən il yenidən başladığı və hələ də yekunlaşmadığı bir şəraitdə, Tramp hökumətinin tətbiq etdiyi tariflər ABŞ ilə Çin, Kanada, Meksika, Avropa Birliyi və son günlərdə də güclü NATO üzvü olan Türkiyə ilə əlaqələri gərginləşdirib.
Araşdırmaya göstərir ki, mütəxəssislərin 74 % - lik böyük əksəriyyəti ölkənin iqtisadi siyasətinin gəlir bölgüsündəki qeyri – bərabərliyi azaltmaq üçün, 60 % - i isə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün əlavə tədbirlər görməli olduğunu düşünür.
Tramp 2017 – ci ilin İyun ayında ABŞ hökumətini karbon qazının atmosferə buraxılmasının məhdudlaşdırılmasını nəzərdə tutan İqlim Dəyişikliyi üzrə Paris Razılaşmasından geri çəkməyi düşündüyünü elan etmişdi.
Qeyd edək ki, NABE – nin yarımillik araşdırması 19 İyul – 2 Avqust tarixləri ərzində assosiyasiyanın 251 üzvünün iştirakı ilə onlardan alınan cavablara görə həyata keçirilmişdir.
Tamara Mustafayeva, Banco.az