1. LEGO
Macarıstanın Budapeşt şəhərindəki “LEGO” mağazası təşkil etdiyi bir tədbirdə dünyanın ən hündür legosunu düzəltdi. İbtidai sinif şagirdləri və LEGO həvəskarlarının qatıldığı bu tədbir Budapeştdə yerləşən Müqəddəs Stefan Kilsəsinə turistlərin marağını artırmaq üçün təşkil edilmişdi.
450 000 hissədən qurulmuş 34 metr hündürlüyündə bu legonun inşası 4 gün dava etdi və son hissəni də Budapeşt şəhərinin meri Antal Rogan yerləşdirdi.
2. Yahoo
20 – ci quruluş ildönümünü qeyd edən “Yahoo” şirkəti Kaliforniya ştatındakı binasının həyətində bütün işçilərini bir araya topladı.
Şirkətin qurucuları Cerri Yanq, David Filo və şirkətin CEO – su Marissa Mayerin də iştirak etdiyi bu tədbirdə 3432 nəfər xorla yodel ifa etdilər. Qeyd üçün bildirək ki, Amerika folklorunda mahnı oxuma tərzlərindən biri “Yodel” adlanır. “Yahoo” – nun reklam musiqisini bəstələyən Wylie Gustafsonun rəhbərliyi ilə 3432 nəfərin oxuduğu mahnı “Dünyada eyni zamanda ən çox insan tərəfindən ifa edilən yodel” olaraq rekordlar kitabına daxil edildi.
3. Fiji Airways
Air Pacific Hava yolu şirkətinin adının dəyişdirilərək “Fiji Airways” olmasından sonra markanın yenidən canlandırılması məqsədilə təşkil edilən bu tədbir eyni zamanda Fici adalarına bal ayı səfərlərinin artırılmasını hədəfləyirdi.
Yeni Zellandiyadan Fici adalarına uçan sərnişinlər Fici Hava yolu şirkətinə məxsus bu təyyarədə “dünyanın ən yüksək nöqtəsində kəsilən nikah” – a canlı şahid oldular. Çünki nikah kəsilən zaman təyyarə yerdən 12.5 kilometr yüksəklikdə idi.
4. Estée Lauder
Gözəllik və makyaj vasitələri istehsal edən “Estee Lauder” şirkəti “süd vəzi xərçəngi ilə mübarizə” mövzusunda başlatdığı kampaniyanın 11 – ci il dönümü unudulmaz şəkildə qeyd etdi.
“Global Landmark Illuminations Initiative” adlandırılan bu tədbirdə dünyanın dörd bir yanındakı tanınmış tikililər lazer işıqları ilə işıqlandırıldı. Sidney Opera Binası, Tac Mahal, Bürc Əl-Ərəb, Eyfel Qülləsi kimi 24 ölkədən 38 görkəmli tikili 24 saat ərzində işıqlandırıldı.
5. Macy’s
Geyim və mebel üzrə ixtisaslaşmış həm onlayn, həm də pərakəndə fəaliyyət göstərən “Macy’s” şirkəti “Believe” (İnam) adlı kampaniyasının yekun mərhələsini “Make – A – Wish” (Bir dilək tut) Fondu üçün təşkil etdi. Ancaq bu tədbirdə həmçinin bir rekorda imza atmaq istəyən şirkət, müştərilərinə arzu tutmağı və “Şaxta babaya yazılan ən uzun dilək siyahısını” tərtib etmələrini tapşırdı. Şirkətin internet saytı vasitəsilə tərtib edilən hər siyahı üçün isə “Make – A – Wish” Fonduna bir dollar məbləğində ianə bağışlanılırdı.
2012 – ci ildə 75 954 dilək siyahısı ilə qırılan rekord, 2013 – cü ildə 121 138 dilək siyahısı ilə təzələnmiş və bu ünvan “Macy’s” şirkətində qalmışdı.
Tamara Mustafayeva, banco.az