“BTB Leasing” nizamnamə kapitalını 5 dəfə artırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“BTB Leasing” nizamnamə kapitalını 5 dəfə artırır

“BTB Leasing” ASC nizamnamə kapitalını 120 min manat və yaxud 5 dəfə artıraraq 150 min manata çatdıracaq.

Bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 120 min ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızları şirkətin 100% səhmdarı Rəsul Oqtay oğlu Bəşirov əldə edəcək.

Xatırladaq ki, “BTB Leasing” ötən ilin iyul ayında yaradılıb. 

Report.az