Banklarımız hər aktiv üçün neçə AZN öhdəlik istifadə edir? - The Debt Ratio (2018, II rüb) | Banco.az

Banklarımız hər aktiv üçün neçə AZN öhdəlik istifadə edir? - The Debt Ratio (2018, II rüb)

Leverec əmsallarından biri The Debt ratiodur. Bu əmsalın şirkətin ümumi öhdəliklərini ümumi aktivlərinə bölünməsi yolu ilə əldə edilir. The Debt ratio onu göstərir ki, şirkət hər bir aktivi əldə etmək üçün nə qədər öhdəlik istifadə etməlidir. Əgər bu əmsal böyük olarsa, şirkətin riskli vəziyyətdə olması, kiçik olarsa isə şirkətin öz kapitalını artırmaq üçün daha az öhdəlikdən istifadə etməsini müəyyən edir.

Məsələni tam başa düşmək üçün belə bir nümunəyə baxaq, məsələn bir şirkətin öhdəlikləri 1 mln manat, aktivləri isə 2 mln manatdır. The Debt ratio əmsalı 0,5-ə bərabərdir. Yəni şirkət hər bir aktivi əldə etmək üçün 50 qəpik öhdəlik sərf edir.

Əgər şirkətin öhdəlikləri 1 mln 500 min manat, aktivləri isə 2 mln manat olsa idi şirkət hər aktiv üçün 75 qəpik öhdəlik sərf etməli idi.

Təbii ki, hər bir şirkətin məqsədi daha az pul xərcləmək olduğundan şirkətin öhdəlikləri daha az olarsa, The Debt ratio əmsalı da azalacaqdır. Əksinə öhdəliklər artarsa isə bu əmsal da birbaşa artacaqdır. Şirkəti öhdəlikləri azalanda isə:

Aktivlər = Öhdəliklər+ Kapital olduğundan,

şirkətin kapitalı da birbaşa artacaqdır. 

Bəs 2018-ci ilin ikinci rübündə banklarımızın The Debt ratio əmsalı nə qədər olmuşdur?, gəlin bunu öyrənmək üçün aşağıdakı siyahıya baxaq.

Bank

The Debt ratio

Pakistan milli bankı

0,04

Bank Melli İran

0,35

Bank VTB

0,56

Naxçıvan Bank

0,61

Bank Avrasiya

0,62

Günay Bank

0,67

Express Bank

0,67

Ziraat Bank

0,71

NBC Bank

0,76

AtaBank

0,76

Bank Silkway

0,78

Bank BTB

0,81

YapıKrediBank

0,82

AmrahBank

0,82

AzərTürkBank

0,83

Azərbaycan Beynəlxalq Bank

0,84

Xalq Bank

0,86

AFB bank

0,86

Muğan Bank

0,86

Bank of Baku

0,87

Unibank

0,87

Nikoil Bank

0,88

Rabitəbank

0,88

TuranBank

0,88

AG Bank

0,89

Paşa Bank

0,91

ASB bank

0,91

Kapital Bank

0,92

Accessbank

0,93

Bank Respublika

0,94

Ən sərfəli kredit üçün müraciət et

Renkinqin az-dan çoxa sıralanmasının səbəbi The Debt ratio əmsalının daha kiçik olmasının şirkət üçün daha faydalı olmasıdır. Gördüyümüz kimi, Pakistan milli bankı hər bir aktivi üçün cəmi 4 qəpik pul xərcləyir.  Hər bir aktivi üçün daha az pul xərcləyən banklardan biri də  özəl banklardan sonra gələn Bank VTB-dir. Belə ki, o hər bir aktivi üçün 56 qəpik öhdəlik sərf edir.