Microsoft necə yarandı? | Banco.az

Microsoft necə yarandı?

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Microsoft” – u hərhalda tanımayan yoxdur. Bəs bu texnologiya nəhənginin yaranma hekayəsi haqqında nə bilirik? Gəlin, birlikdə “Microsoft” – un təməllərinin atıldığı və qurulduğu illərə doğru kiçik bir səfərə çıxaq...

Uşaqlıq dostu olan Pol AllenBil Qeyts “Microsoft” – u birlikdə təsis etdilər. Dostlar kompüter sahibi olmağın çətin olduğu bir vaxtda kompüter həvəskarı idilər. Allen və Qeyts məktəblərinin kompüter laboratoriyasında vaxt keçirmək üçün dərslərə girmirdilər. Ən sonunda məktəbin kompüterlərinə xaker hücumu etdilər və yaxalandılar. Lakin, məktəb müdriyyəti dostları cəzalandırmaq əvəzinə kompüter biliklərinin təkmilləşdirilməsi üçün onlara kompüterdən məhdudiyyətsiz istifadə vaxtı müəyyənləşdirdilər. Bill Qeyts və Pol Allen “Traf – O – Data” adlı öz kiçik şirkətlərinin idarəçisi oldular və Sietl şəhərinə şəhər nəqliyyatının hərəkət qrafiklərini hesablamaq üçün kompüter satdılar.

Poll Allen və Bill Qeyts

1973-cü ildə ailə ənənəsinə sadiq qalaraq Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard universitetinin birinci kursuna daxil oldu və Sietl şəhərindən ayrıldı. Lakin, Qeytsin kompüterlərə olan həvəsi onu heç vaxt tərk etmədi və bu səbəblə də vaxtının əksər hissəsini Harvard Universitetinin kompüter mərkəzində proqramlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün sərf edirdi. Çox keçmədi ki Pol Allen Bostona köçdü və Harvard Universitetindən ayrılması üçün Qeytsə təzyiq göstərdi. Beləliklə onlar komanda layihələri üzərində daha çox vaxt sərf edə biləcəkdilər. Bill Qeyts nə etməli olduğuna əmin deyildi və bu anda məhz taleh öz sözünü dedi.

1975 – ci ilin yanvar ayında Pol Allen “Popular Electronics” adlı jurnalda “Altair 8800” kimrokompüterləri ilə bağlı bir məqalə oxudu və həmin məqaləni Qeytsə göndərdi. Bill Qeyts “Altair” – in istehsalçıları olan “MITS” şirkətinə zəng vurdu və “Altair” üçün yeni proqram təminatı (BASIC versiyasını) hazırlamağı təklif etdi. Dostların əslində “Altair” mikrokompüterləri olmasa da, sadə bir simulyasiyadan istifadə edərək cihaz üçün proqram təminatı hazırlamağa başladırlar. 8 həftə ərzində Allen və Qeyts proqramlarını “MITS” şirkətinə göstərdilər və şirkət bu proqramı “Altair BASIC” adı ilə satışa çıxarmağı qəbul etdi. “Altair” razılaşması Qeyts və Allenə özlərinin şəxsi proqramlaşdırma şirkətlərini yaratmaları üçün ilham verdi. Dostlar 1975 – ci il aprel ayının 4 – də “Microsoft” şirkətini qurdular və şirkətin CEO – su Bill Qeyts oldu.

Ən sərfəli kredit üçün müraciət et

“Microsoft” adı necə yarandı?

"Microsoft" - un ilk loqosu

1975 – ci il 29 iyulda Bill Qeyts “Micro-Soft” adını Pol Allenə yazdığı bir məktubda şərikliklərindən bəhs etmək üçün istifadə etmişdi. “Micro” sözü mikro prosessoru, “Soft” sözü isə proqramlaşdırmanı ifadə edirdi. Bu ad 1976 – cı il 26 noyabr tarixində Yeni Mexiko əyalət katibi tərəfindən təsdiq olundu. 1977 – ci ilin avqust ayında şirkət ilk beynəlxalq ofisini “ASCII Microsoft” adı ilə Yaponiyada açdı. 1981 – ci ildə şirkət Vaşinqton ştatında anonim bir şirkətə çevrildi və “Microsoft Inc” adını aldı. O vaxtlar Bill Qeyst şirkətin CEO – su və idarə heyətinin sədri, Pol Allen isə vitse-prezident vəzifəsini tuturdu.

“Microsoft” – un ilk əməliyyat sistemlərinin və “Microsoft Windows” – un yaranması

Şikətin bazara çıxartdığı ilk əməliyyat sistemi məhsulu 1980 – ci ildə buraxılan “Xenix” adlı “Unix” əməliyyat sistemi idi. “Xenix” daha sonra “Microsoft” – un “Multi – Tool Word” adlı “Microsoft Word” – ün sələfi olan ilk söz prosessoru üçün bazis olaraq istifadə edildi. Lakin, “Xenix” əməliyyat sistemi uğursuz olduğu üçün uzun müddət mövcud ola bilmədi.

“Microsoft” – un ilk uğurlu əməliyyat sistemi şirkətin 1981 – ci ildə IBM firması üçün yazdığı və Tim Patersonun “QDOS” – nu əsas götürən 16 Bit əməliyyat sistemi MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi ) idi. Yüzillik razılaşmaya əsasən Bill Qeyts MS-DOS – un istifadəsi üçün təkcə IBM - ə lisenziya verdi. Əməliyyat sisteminin haqqlarını əlində saxlayan Bill Qeyts “Microsoft” şirkəti üçün bir sərvət qazandı və şirkət məşhur proqram təminatı istehsalçısına çevrildi.

Çoxlarımızın “Microsoft” – u tanıma səbəbimiz olan “Microsoft Windows” əməliyyat sistemi isə 1983 – cü ildə ortaya çıxdı. O vaxtlar “Microsoft Windows” qrafik istifadəçi interfeysinə malik olan və IBM kompüterlərində istifadə üçün nəzərdə tutulan əməliyyat sistemi idi.

Tamara Mustafayeva, banco.az