Əmanətlərdə dollarlaşma azalmaqda davam edir | Banco.az

Əmanətlərdə dollarlaşma azalmaqda davam edir

Cari ilin May ayı ilə müqayisədə İyun ayında banklarda fiziki şəxslərin əmanətləri 241,8 milyon manat artaraq 8 milyard 109.3 milyon manata çatıb.

Milli valyutadakı əmanətlər 129,5 milyon manat artaraq 3 milyard 48.7 milyon manata, xarici valyutada olan əmantlər  isə 112,3 milyon manat artaraq 5 milyard 60.6 milyon manata qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

İyunda əmanətlərin 62,4%-i xarici valyutada, 37,6%-i milli valyutada yerləşdirilib. Mayda əmanətlərin 62,9%-i xarici valyutada, 37,1%-i milli valyutada yerləşdirilmişdi. Beləliklə, aylıq müqayisədə xarici valyutadakı əmanətlər azalıb, milli valyutadakı əmanətlər artıb.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et