“Tarif Şurasının qərarı ilə sərnişindaşıma tariflərinin qaldırılması inflyasiyanı az da olsa artıra bilər”.
Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
"Sərnişindaşımanın da istehlak səbətində payı var və bu səbəbdən tariflərin artırılması inflyasiyanın da artması ilə nəticələnə bilər. Lakin hesab edirik ki, tariflərin artırılması inflyasiyanı hədəfimiz olan 6-8 faiz hədəf dəhlizindən əhəmiyyətli kənarlaşdıra bilməz”,- Sədr deyib.