ABŞ nefti bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır | Banco.az

ABŞ nefti bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır

ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır. “Bloomberg” agentliyinin məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur. Hələlik konkret qərar qəbul edilməsə də hətta daha böyük həcmdə satışların olması istisna olunmur. Dünya bazarında Texas markalı neftin bir bareli 68 dollara, Brent markalı neft isə 72 dollaradək ucuzlaşıb. Vüqar Bayramov qeyd edir ki, ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq.

Ən sərfəli kredit üçün müraciət et