Afrikada biznes quran ukraynalı iş adamı | Banco.az

Afrikada biznes quran ukraynalı iş adamı

Biznes biznesdir. Sadəcə onu harda və necə qurmağı bilmək kifayətdir. Belə düşünən şəxslərdən biri də Yuriy Kupryaşovdur. O, artıq 10 ildən çoxdur ki, CAR-da(Cənubi Afrika Respublikası) öz biznesini davam etdirən əcnəbilərdən biridir.

Yuriy ixtisasca mühəndis olsa da sonradan öz peşəsindən daha gəlirli və maraqlı yeni biznes sahəsi ilə tanış olub. Bir çoxları Afrikanı prespektivsiz ölkə kimi qəbul etsə də Yuriy orda yeni biznes qurmağa nail ola bilib. Onun yeni biznesi Afrikada turlar adı ilə tanınmağa başlamış və Afrikaya gələn əcnəbilərin diqqətini yetərincə cəlb edə bilmişdi.

Yurinin sözlərinə görə ilk dəfə uzun müddətli vizanı 2006-cı ildə almışdı. Ölkədə yeni olması, başlayacağı biznes sahəsini təyin etmək onun üçün çətinlik yaradıb. Bunun üçün o Keyptauna yollanıb. Çünki bura ölkənin digər ərazilərindən daha inkişaf etmiş və prespektivli hesab olunurdu. İlk başlarda burda internet maqazin açan Yuriy daha sonradan biznesini başqa bir sferada inkişaf etdirməyə nail ola bilib. Sonradan o, turizm sahəsində öz biznesinə start verib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə biznesinin inkişafına təkan verən bir digər vasitə ölkənin vergi siyasətinin çox əlverişli olması ilə əlaqədar idi.

O, öz xidmətlərini sayt vasitəsilə təklif edir və bir çox müştərilər onu Instagram və ya TripAdvisor vasitəsilə tapırlar. Yuriy yay aylarında bu turların daha intensiv qışda isə olduqca az olduğunu bildirir. Bu turların qiyməti səfər trayektoriyasına görə dəyişir. Cape Town və Johannesburg səfərinin qiyməti 50-350 dollar, Viktoriya şəlaləsi 26-265 dollar arasında dəyişir. Tura qatılan insanların sayı çox olduqda bu məbləğ bölünür. Yuxarıda sadalananlar bu səfərlərdən yalnız bir neçəsidir. Yurinin sözlərinə görə burda biznes qurmaq istəyən şəxs mütləq qaydada ölkənin adət ənənələrini, mədəniyyətini öyrənməlidir.

Nəcibə Yusifova, Banco.az