Uber-in HR direktoru istefa etməyə məcbur oldu | Banco.az

Uber-in HR direktoru istefa etməyə məcbur oldu

Uber-in HR direktoru Lian Hornsi istefa ərizəsini verib. Məlumat üçün bildirək ki, Lianın bu qərarına səbəb işçilər arasında diskriminasiya problemini həll edə bilmədiyinə görə yaranıb. Bu haqda məlumat Reuters xəbər agentliyinə məxsusdur.

Hornsi, Uber-də HR vəzifəsində təqribən il yarım fəaliyyət göstərdi və onun fəaliyyəti şirkətin keçmiş mühəndisi Suzan Faulerin irqi, cinsi diskriminasiya mövzusunda şirkət rəhbərliyini günahlandırmasına qədər davam etdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Lianın əsas vəzifəsi məhz bu kimi problemləri həll etməklə əlaqəli olsa da Lian bu kimi problemləri gözardı edib, yaxud heç kimə heç bir hesab vermədən öz bildiyi şəkildə həll etməyə çalışıb. Təbii ki, bu kimi faktlar da Uber işçilərinin haqlı etirazı ilə nəticələnib və nəticə etibarilə o, öz işindən istefa etməyə məcbur qalıb.

Nəcibə Yusifova, Banco.az