Bloomberg agentliyi dünyanın ən varlı şəxslərinin reytinq cədvəlini açıqlayıb. Reytinq cədvəlində həmişəki kimi texnoloji şirkətlər liderlik etməkdə davam edirlər. Bu ilin nəticələrinə əsasən Ceff Bezos dünyanın ən varlıları siyahında birinciliyi ələ alıb. Onun sərvətinin dəyəri hal-hazırda 142 milyard dollar təşkil edir. Amazonun liderliyi ələ alması heç də təəccüb olunası hal deyil, çünki şirkət olduqca ağıllı strategiyalarla idarə olunur və əsasən yeni texnologiyalara yatırımını əsirgəmir. Bu isə öz növbəsində öz bəhrəsini verməkdədir. Siyahıda ikinci yeri Microsoftun yaradıcısı Bill Qeyts tutur. Onun varidatının dəyəri 94 milyard dollar təşkil edir. 2017-ci ilin reytinq cədvəli ilə müqayisədə bu il üçüncü yeri Facebook rəhbəri Mark Zukerberq tutur. Markın sərvətinin dəyəri 81,6 milyard dollar olaraq qiymətləndirilir. Cədvəldə Markı kiçik fərqlə amerikalı investor Warren Buffett izləyir. Onun sərvətinin dəyəri təqribən 81,2 milyard dollardır. Sonrakı üçlükdə isə 76.1 milyard dollarla ispan modelyer Amansio Orteqo, 73.2 milyard dollarla fransız biznesmen Louis Vuitton Moët Hennessy Бернар Арно və 62.5 milyard dollarla meksikalı biznesmen Karlos Slim yer alır.
Onluğun sonuncu varlıları isə Google-un təsisçisi Larri Page (56 milyard dollar), Sergey Brin (54.6 milyard dollar) və Oracle-ın başçısı Larri Ellisondur(52.6 milyard dollar).
Xatırladaq ki, keçən il siyahıda ilk yer Bill Qeytsə, ikinci yer Bezosa və beşinci yer Mark Zukerberqə məxsus idi.
Nəcibə Yusifova, Banco.az