AKB-da kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artmışdır | Banco.az

AKB-da kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artmışdır

Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlamışdır. Hazırda Büro ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatmışdır.

Birinci yarımil ərzində Büronun sistemindən 30 bank və 36 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 665.190 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 2 dəfədən çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 330.071 sorğu yerinə yetirilmişdir.

Büroda aparılmış sorğuların 598.535-i banklar, 66.655-i isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilmişdir.

Qeyd olunan dövr ərzində 1667 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 1652-i fiziki, 15-i isə hüquqi şəxslər olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

 “Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.