İlon Mask son zamanlar etdiyi ani çıxışlarla insanların diqqətini çəkməkdə davam edir. O, son verdiyi açıqlamada yeni biznes sferasında özünü sınayacağını bildirib. İlon yeni biznes sahəsi olaraq şirniyyat sferasını seçdiyini öz Twitter hesabından bildirib. Bu xəbərin yalan və ya gerçək olması haqda hələ ki, tam məlumat verilməsə də son zamanlar «Berkshire Hathaway» şirkətinin rəhbərləri və Mask arasında gedən mübahisə mövzuya marağı daha da artırır. Berkshire Hathaway»-in başçılarından biri olan Baffet, Maska konfet sahəsində rəqabət təklif edib və belə görünür ki, Maskın buna cavabı gecikməyib.
Xatırladaq ki, Mask söz verdiyi kimi Tesla Model 3 maşınlarını vaxtında təhvil versə də 3 gün öncə xarici mənbələrin məlumatına görə, Teslanın vite prezidenti və baş-texnoloqu işindən istefa verib. Bundan əlavə analitiklər şirkətin 2019-da bankrota uğrayacağını da xəbər verir. Həmçinin Teslanın Nikola Motor şirkəti ilə patent müqaviləsini pozması xəbəri şirkət rəhbərliyini çətin vəziyyətdə qoyub.
Nəcibə Yusifova, Banco.az