Facebook şirkəti son yaşadığı uğursuzluqlardan sonra yenidən öz nüfuzunu geri qaytarmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu dəfə sosial şəbəkə şirkəti Facebook yeni bir layihəyə imza atmaq fikrində olduğunu açıqlayıb. Beləki, şirkət Kriştiano Ronaldonun da yer alacağı realiti-şou çəkmək üçün futbolçu ilə danışıqlara başlayıb. Variety-nin verdiyi məlumata görə, proyektdə iştirakına görə futbolçuya 10 milyon dollar təklif edilib. Şounun Facebook-un videoplatforması olan Facebook Watch-da nümayişi nəzərdə tutulur. Layihənin sənədli film olması və 10 seriyadan ibarət olması nəzərdə tutulur.
Mənbənin məlumatına görə, şou amerikalı futbolçu Tom Bredi haqda olacaq və “Tom zamana qarşı” adıyla yayımlanacaq.
Xatırladaq ki, Ronaldo bu ilin may ayında Nyu-Yorkda qadınların futbolu haqda layihədə icraçı produsser vəzifəsini idarə edirdi. Layihə əsas etibarilə yeniyetmələrin futbolu haqdadır və Facebook Watch-da yayımlanır.
Nəcibə Yusifova, Banco.az