Azərbaycan Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verib. Bundan sonra vəfat edən borclu şəxslərin varisləri kreditin qaytarılmasına görə məsuliyyət daşıyacaq.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsi 2015-ci ildə qərar qəbul edib.
“Qəbul edilib ki, borcalan öldüyü halda zamin onun borcuna görə cavabdehlik daşımır. Mən o zaman dedim ki, bu, düzgün qərar deyil. Mən, əsasən, borcalanın maraqlarını müdafiə edirəm, ancaq o zaman bankları dəstəklədim”, - ekspert deyib.
O bildirib ki, buna görə də məhkəmənin qərarını tələb olunan və düzgün hesab edirəm.
“Ancaq onun mahiyyətini düzgün başa düşmək lazımdır. Bəziləri düşünür ki, borcalan vəfat etdikdə varisləri krediti ödəməyə məcbur ediləcək. Bu, belə deyil”, - Həsənov əlavə edib.
Onun sözlərinə görə, yeni qərara borcalanın ölümündən sonra onun real varisinə aiddir.
“Vacib məqam ondan ibarətdir ki, varis borcalanın ölümündən sonra ondan hər hansı əmlak əldə edən şəxsdir. Əgər varis real miras almırsa və ya ondan imtina edirsə, onda o, varis sayılmır və borca görə məsuliyyət daşımır”, - müsahib bildirib.
O əlavə edib ki, borcalanın vəfatından sonra onun qohumlarından götürülən məbləğin ödənilməsinin tələb olunması halları Azərbaycanda çox olub.
“Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarını vaxtında atılmış zəruri addım kimi qeyd etmək olar”, - o deyib.
Oxu.Az